
Məşhur argentinalı futbolçu Dieqo Maradona Venesuelada Uqo Çavesin varisi Nikolas Maduronun mitinqində iştirak edib.
"Associated Press"in xəbərinə görə, bir neçə min insanın toplandığı mitinq Maduronun seçkiqabağı kampaniyasının son tədbiri olub. Mitinqdə iştirak edən Maradona Maduronun dəstəkçilərini salamlayıb və bir neçə topu imzalayaraq mitinq iştirakçılarına atıb. Məşhur futbolçu mitinqə Maduro tərəfdarlarının rəngi sayılan qırmızı köynəklə gəlib. Köynəyin kürəyinə isə onun üçün ənənəvi olan 10 nömrəsi yazılıb.
Qaynar.info