Xəbər lenti

Maradonanın əllə vurduğu qolu 27 il sonra Sumqayıtda təkrarlandı - VİDEO
İdman08:35 02.12.2013

Maradonanın əllə vurduğu qolu 27 il sonra Sumqayıtda təkrarlandı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Topaz Premyer Liqasının XV turunda “Sumqayıt”- “Neftçi” qarşılaşmasında 27 il öncəyə dünya çempionatında baş verən şok olay təkrarlanıb. 

“Qafqazinfo” xəbər verir ki, Nurlan Novruzovun matçın 35-ci dəqiqəsində “Neftçi”nin qapısına əllə vurduğu qol, 1986-ci ildə Meksikada keçirilən dünya çempionatında Argentinalı futbolçu Diyeqo Maradonanın İngiltərənin qapısına vurduğu qolun təkrarı olub. Matçın baş hakimi Fariz Yusifov qolu qeydə alıb və bundan sonra hesab bərabərləşib.

Qeyd edək ki, “Sumqayıt”- “Neftçi” görüşü 2-1 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb.

Qaynar.info