Xəbər lenti

Maradonanın məşhur qolu vurduğu oyunun topu hərraca çıxarılır
İdman14:38 13.10.2022

Maradonanın məşhur qolu vurduğu oyunun topu hərraca çıxarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Argentinalı əfsanə Dieqo Maradonanın 1986-cı ildə keçirilən dünya çempionatının 1/4 finalında İngiltərə millisinin qapısına əllə vurduğu top satış.a çıxarılır. 
Qaynarinfo xəbər verir ki, "Tanrının əli" adlandırılan həmin qolun vurulduğu top hazırdə elə həmin matçın hakimi olmuş tunisli Əli Bin Nasirin nəzarətindədir. Nasser baş verənlərlə bağlı açıqlamasında qolun əllə vurulmasının fərqinə varmadığını və qərar vermək üçün yan xətt hakiminə güvəndiyini etiraf edib. İndi sözügedən tarixi matçı idarə etmiş sabiq referi topu və Maradonanın imzalı formasını hərraca çıxarır. Bununla yanaşı həmin oyunda Nasserin geyindiyi forma da daxil olmaqla bir neçə başqa əşyalar da açıq hərracda satılacaq. 
May ayında Maradonanın həmin mattçda geyindiyi forma 7,1 milyon funta satılmışdı və bu, futbol tarixinin ən bahalı xatirəsi hesab olunur. 
Sözügedən topun ən azı 3 milyon funt-sterlinqə satılacağı təxmin edilir. 
Səbuhi Həsənov