Dieqo Maradonanın kiçik qardaşı Hüqo 52 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, o, ürək tutmasından sonra dünyasını dəyişib. "La Gazzetta dello Sport"un xəbərinə görə Hugo Maradona çərşənbə axşamı Neapoldakı evində ölü tapılıb.
Vaxtilə Argentina millisinin gənclərdən ibarət komandasında çıxış edən kiçik Maradona İtaliyada "Askoli" və İspaniya klubu "Rayo Valyekano"da oynayıb. İtaliya və İspaniyadan başqa o, Avstriyada "Rapid"də, o cümlədən Venesuela, Uruqvay, Yaponiya və Kanada klublarında da forma geyinib. O, həmçinin 2004-2005-ci illərdə Şimali Amerika Futbol Liqasında "Puerto Riko Islanders"ə rəhbərlik edib.
Dünya futbolunun əfsanəsi Dieqo Maradona ötən il noyabrın 25-də vəfat etmişdi.
Səbuhi Həsənov