Dünya 20:21 02.08.2022

Marat Başarov Putinlə fotosuna görə necə işdən çıxarıldığını danışdı

Rusiyalı aktyor Marat Başarov "Star Hit”ə müsahibə verib və sosial şəbəkədəki səhifəsində Rusiya prezidenti Vladimir Putinin fotosuna görə işdən necə qovulduğunu danışıb.

Qaynarinfo bu barədə MK.ru-ya istinadla xəbər verir.

Başarov əvvəllər "Müasir Teatr Məktəbi”nin truppasında çalışıb, lakin bir neçə ay əvvəl mediada aktyorun qastrol səfərini pozduğu, sərxoş olduğu və bədii rəhbər Jozef Reyxelqauzla siyasi baxışlarına görə mübahisə etdiyi üçün getdiyi barədə məlumat yayılmışdı. Bu barədə Başarovun özü açıqlama verib.

"Məni mövqeyimə görə İosif Leonidoviç işdən çıxartdı. O, məndən "Instagram”dan (bu sosial şəbəkə Rusiya Federasiyasında qadağan edilib və Rusiya Federasiyasında ekstremist kimi tanınan "Meta” şirkətinə məxsusdur. – MK.) Vladimir Vladimiroviç Putinin dövlət mükafatının təqdimat mərasimində çəkilmiş şəklini silməyimi xahiş etdi”, - teleaparıcı deyib.

Sonra teatrın bədii rəhbəri Başarova qastrol səfərinə getməməyi təklif edib. Nəticədə aktyor getməkdən imtina edib.
 
Alpər