Xəbər lenti

Margin.az iqtisadiyyat portalı fəaliyyətə başladı
Ekonomiks09:04 11.01.2021

Margin.az iqtisadiyyat portalı fəaliyyətə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Margin.az portalının missiyası biznes, eləcə də iqtisadiyyatın bütün istiqamətləri üzrə informasiyaları doğru və operativ formada oxucularına təqdim etməkdir. 
Azərbaycan və rus dillərində fəaliyyət göstərən informasiya portalı iqtisadi proseslərlə bağlı xəbərlərlə yanaşı, analitik materiallar da təqdim edəcək. 
Ölkə iqtisadiyyatının lokomotivi sayılan energetika sektoru, o cümlədən neft-qaz sahəsində dəqiq və son xəbərləri portaldan izləyə biləcəksiniz. 
"Margin.az” portalı həmçinin dünya birja bazarında baş verən yenilikləri, qiymət dinamikasını canlı qrafiklər üzərindən onlayn təqdim edəcək.
Saytın oxucuları xəbərləri https://margin.az/ ünvanı ilə bərabər "Facebook”, "İnstagram”, "Twitter”, "Telegram” sosial şəbəkələrindən də oxuya bilərlər.