Xəbər lenti

Mariya Stadnik 9-cu dəfə Avropa çempionu oldu
İdman16:36 20.04.2023

Mariya Stadnik 9-cu dəfə Avropa çempionu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Qaynarinfo xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gəlib.
Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik 9-cu dəfə Avropa çempionu olub.
Bu gün, həmçinin, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) bürünc medal uğrunda güləşəcəklər.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 6 medalla (2 qızıl, 2 gümüş, 2 bürünc) komanda hesabında Avropa çempionu olublar.
Yarış aprelin 23-də başa çatacaq.