Xəbər lenti

Mariya Stadnik finalda, Ratkeviç "bürünc" üçün güləşəcək
İdman17:13 17.08.2016

Mariya Stadnik finalda, Ratkeviç "bürünc" üçün güləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Bu gün mübarizəyə qoşulmuş xanım güləşçilərimizin yarımfinala çıxdığını xəbər vermişdik.

Yarımfinalda 48 kq çəki dərəcəsində güləşən təmsilçimiz Mariya Stadnik bolqarıstanlı Elitsa Atanasova Yankovanı 6:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Stadnik finalda yaponiyalı dünya çempionu Eri Tosaka ilə üz-üzə gələcək. Bu idmançı güləşçimizə tanışdı. Belə ki, 2015-ci il Las-Veqasda keçirilən dünya çempionatının finalında təmsilçimiz məhz Tosakaya məğlub olaraq ikinci olmuşdu. Bu qarşılaşma saat 00:30-da başlayacaq.

Stadnik kimi, yarımfinaladək irəliləyən Yuliya Ratkeviç bu mərhələdə yaponiyalı Kaori İço ilə qarşılaşıb. Rəqibinə 0:10 hesabı ilə məğlub olan güləşçimiz mübarizəni bürünc medal uğrunda davam etdirəcək.

Qaynarinfo.Az