Xəbər lenti

Martın 19-dan nə qədər sərnişin daşınıb? (AÇIQLAMA)
Ekonomiks08:07 21.03.2019

Martın 19-dan nə qədər sərnişin daşınıb? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mart ayının 19-dan indiyədək respublikanın 62 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 54542 nəfər sərnişin daşınıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Qurum rəsmini gücləndirilmuş rejimin müddətinin uzadıldığını bildirib: 
"Paytaxtdan regionlarımıza və xaricə səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Paytaxdan daşınan sərnişin sayı bu saata qədər 38542 nəfərdir. Region avtovağzallarımızdan növbəti ən böyük sıxlıq Gəncə, Mingəçevir, Şirvanda müşahidə edilir. Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq sərnişinlərimizdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacağınız təqdirdə 5626758 nomrəsinə məlumat verilsin. Bir daha xatırladım ki, DANX regionlardan paytaxta geri dönən sərnişinlər üçün gücləndirilmuş rejimin müddətini martın 30-na qədər uzadıb".