Xəbər lenti

Masallıda yanğın olub
Ölkə08:01 24.11.2013

Masallıda yanğın olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Masallıda bu gecə yanğın hadisəsi baş verib. 

Qaynar.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Minəlov kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlədə baş verib. 

Nəticədə tikilinin dam örtüyü 10 kv.m və damına yığılmış ümumi çəkisi 2 ton ot bağlamasının 500 kq-ı yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Qaynar.info