Xəbər lenti

Maşın nömrəsinə 158 min ödədi - FOTO
Ekonomiks15:00 16.03.2017

Maşın nömrəsinə 158 min ödədi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçrə vətəndaşı Vale kantonunun hökumət orqanı tərəfindən hərraca çıxarılan avtomobilin nömrə nişanına görə ölkə üçün rekord məbləğdə - 158 min dollar ödəyib.
"Qaynar" azərtac-a istinadən xəbər verir ki, hərracın təşkilatçıları nömrə nişanını hərraca bir ay bundan öncə - fevralın 15-də çıxarıb. “VS 1” nömrə nişanı 17 nəfərin diqqətini çəksə də, hərracın qalibi “Matrans” təxəllüslü anonim iştirakçı olub. O, 133 min dollarlıq (135 min frank) “SG 1” nömrə nişanına aid rekordu yeniləyib. 
Qaynar.Az