Xəbər lenti

Maşından imtina edib, velosiped sürəcəm - Azərbaycanlı deputat
Ölkə10:12 10.06.2015

Maşından imtina edib, velosiped sürəcəm - Azərbaycanlı deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Deputat Fazil Mustafa Avropa Oyunları ərəfəsində  yolların bağlı olduğu günlər Bakıda  avtomobillə yox, velosipedlə gəzəcək.

Bu barədə Hafta.az-a açıqlamasında  millət vəkilinin özü məlumat verib. O bildirib ki, birinci Avropa Oyunları ilə əlaqədar şəxsi avtomobilindən istifadə etməyəcək:

“Yolların bağlı olması səbəbindən ictimai nəqliyyatdan deyil, uyğun olsa velosipeddən istifadə edəcəyəm. Ancaq şəxsi avtomobilsiz də ötüşmək çətindir”.

Qeyd edək ki, Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov vətəndaşlara səslənərək, Avropa Oyunları ərəfəsində şəhərdə avtomobil sıxlığını aradan qaldırmaq üçün onları şəxsi avtomobillərindən imtina etməyə çağırıb.

Qaynar.info