Xəbər lenti

Maskalı şəxslər sürücünü döyüb - Avtomobildən külli miqdarda pul aparıblar
Ölkə12:02 15.06.2016

Maskalı şəxslər sürücünü döyüb - Avtomobildən külli miqdarda pul aparıblar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda maskalı şəxslər yük avtomobilinə basqın edib.

Qaynarinfo.az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Tağıyev qəsəbəsi, Yaşma bağlar sahəsi ərazisində qeydə alınıb.

Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə basqın edən üç maskalı şəxs onu döyüb, əllərini yapışqanlı lentlə bağlayaraq avtomobildə olan külli miqdarda pulu götürüb, hadisə yerini tərk ediblər. 

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. 

Qaynarinfo.az