
"Barselona"nın futbolçusu Xavyer Maskerano gələcək karyerası ilə bağlı qərarını verib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 31 yaşlı oyunçu yeni mövsümdə də Kataloniya klubuna çıxış edəcək.
Adı "Yuventus", "Roma" və "İnter"lə (İtaliya) hallanan X.Maskerano "Barsa"dan ayrılmayacağını deyib:
"Mənimlə maraqlanan komandalar olduğunu bilirəm. Ancaq yeni mövsüm də "Barselona"da qalacam".