Mavi balina adlı oyunla bağlı yeni fakt aşkarlanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Vkontakte" sosial şəbəkəsində ortaya çıxan və 2015-2016-cı illərdə Rusiyada 130 uşağın intiharına səbəb olan oyunun yaradıcısı Filip Budeykin həbs edilib. 16 uşağın ölümündə ittiham edilən Budeykin yalnızca 2 nəfərin intiharında günahkar bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Budeykinin həbsindən sonra belə oyun təlimatlar göndərməyə davam edib. Oyunun iştirakçılarının qarşısında 50 mərhələdən ibarət tapşırıq qoyulur, sonuncu mərhələ intihardır.
Polis son olaraq "Mavi balina"nın təriqətə çevrildiyini aşkara çıxarıb. İstifadəçilərə təlimatlar göndərən 33 yaşlı İlya Sidorov, 22 yaşlı Nikita Nearonov həbs edilib. Həmin şəxslərin Filip Budeykindən dərs aldıqları müəyyənləşdirilib.
Gülşən