İdman 20:20 13.08.2022

Mayk Tayson: "Övladlarıma çoxsıfırlı bir şey saxlaya bilməyəcəyəm"

Boks tarixinin ən yaxşı adlarından biri kimi göstərilən Mayk Tayson karyerası boyunca qazandığı 500 milyon dolları xərclədiyini və övladlarına da pay buraxmayacağını açıqlayıb.

Qaynarinfo xəbər verir ki,  56 yaşlı boksçu keçmiş idmançı karyerası haqda danışıb. Bu yaxınlarda podkast yayımına qatılan Tayson, "Boks karyeram ərzində qazandığım 500 milyon dolların son 1 milyonunu reabilitasiyaya xərclədim. Məndə heç nə qalmayıb" - dedi.

Pulu qadınlarla birlikdə "yediyini" bildirən Tayson, "500 milyon dollar çox pul kimi görünür, amma hər şey bitdi" - sözlərini də söyləyib.

Bir neçə il əvvəl yda təxminən yarım milyon dollar qazandığı deyilən Tayson övladlarına çox şey miras saxlamayacağını bildirib: "Onlara çoxsıfırlı bir şey saxlaya bilməyəcəyəm.  Mən zəhmət və dua öyrədirəm. Pul onlara kömək etməyəcəkdi. Bu onlara zərər verəcək, özlərinə qayğı göstərməyi  çətinliklərə qalib gəlməyi, işləməyi öyrətməyəcəkdi".

Səbuhi Həsənov