Xəbər lenti

Mbappe anası ilə əlaqələri kəsə bilər - Bu səbəbdən
İdman10:57 13.10.2023

Mbappe anası ilə əlaqələri kəsə bilər - Bu səbəbdən

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kilyan Mbappe "Real"a transfer olunarsa anası ilə əlaqələri kəsmək məcburiyyətində qalacaq.
Qaynarinfo-nun məlumatına görə, anası Fayza Lamari onun agenti kimi fəaliyyət göstərir. Ancaq hücumçu "Real"a transfer edilərsə, anasını işdən çıxarmalı olacaq. Çünki İspaniyaya potensial keçid məsələsi gündəmə gələrsə, bu, problemlər yarada bilər .
Futbolçu 2024-cü ildə başa çatacaq PSJ ilə müqaviləsini hələ uzatmadığı üçün Madrid klubu ilə sıx əlaqədədir. "Marca" iddia edir ki, "Santyaqo Bernabeu"ya keçmək üçün 24 yaşlı oyunçu anası ilə peşə əlaqələrini kəsməli olacaq. Çünki FİFA-nın yeni qaydasına əsasən transferlər və müqavilələrlə yalnız lisenziyalı agentlər məşğul olmalıdır. Lamari FIFA Agent Platformasının siyahısında olmadığı üçün rəsmi əsasda heç bir oyunçunu təmsil edə bilməz.
Lamari 2024-cü ilin mayına qədər müvafiq sertifikatları ala bilməyəcəyi və oğlunu təmsil edəcəyi təqdirdə cərimə təhlükəsi ilə üzləşəcək. Bununla belə, Almaniya və İngiltərədə agentlərlə bağlı qaydalarda bir neçə boşluq var ki, onların sayəsində Lamari lisenziya almadan Mbappeni təmsil edə bilər. Bu da o anlama gəlir ki, hücumçu İngiltərə və Almaniya klublarından birinə transfer oluna bilər.
Səbuhi Həsənov