Xəbər lenti

Mbappe kababxananı məhkəməyə verir
İdman19:11 13.03.2024

Mbappe kababxananı məhkəməyə verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ-nin hücumçusu Kilian Mbappe Marseldəki kababxananı məhkəməyə vermək istəyir.
Məlumata görə, 25 yaşlı futbolçunun vəkilləri müəssisənin Kilianın icazəsi olmadan onun adından kommersiya məqsədləri üçün istifadə etdiyini müşahidə ediblər. Belə ki, kababxanının menyusunda "Mbappenin kəllə sümüyü kimi” təsvir olunan bulkalı kabab var.
Qeyd olunur ki, adı menyuda hallanan yeganə Mbappe deyil. Məsələn, müəssisə Fransa millisinin sabiq yarımmüdafiəçisi Dimitri Payetə həsr olunmuş blinçik hazırlayır.
Mənbə: championat.com