Kilian Mbappe Fransa millisinin düşərgəsində keçirdiyi mətbuat konfransında PSJ-dəki gələcəyi ilə bağlı danışıb.
Qaynarinfo-nun məlumatına görə, Paris klubundan gedəcəyi gözlənilən futbolçu bütün spekulyasiyalara son qoyub. Ulduz futbolçu PSJ-də qalacağını açıqlayıb. Parisdə qalmağın onun üçün yeganə seçim olduğunu da vurğulayıb.
Fransa millisinin üzvü gələcəyi ilə bağlı bunları deyib: "PSJ-dən ayrılacağammı? Buna əvvəllər də cavab vermişəm. Demişdim ki, məqsədim PSJ-də qalmaqdır. Hazırda bu, mənim yeganə seçimimdir. Oyunlar yenidən başlayanda geri qayıtmağa hazıram. Bura gəlməkdən çəkinmişəm? Heç vaxt. Mənim məsuliyyətim var. Bəzi diskurslar məni məsuliyyətimdən yayındıra bilməz. Müqaviləmin başa çatmasına niyə gəlirəm? Bu barədə izah ediləcək heç nə yoxdur. İnsanlar danışırlar, amma bütün detalları bilmirlər. Bu, onlar üçün çox pisdir. Mən bunu niyə etdiyimi bilirəm, eybi yoxdur. Bu, mənim müqaviləmin bitməsinə səbəb olur. Söz-söhbətlərə əslində, gənc yaşlarımdan öyrəşmişəm. İndi sabahkı oyunu düşünürəm".
Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Fransız ulduz klubu ilə yeni müqavilə imzalamasa, azad agent statusu ala bilər.
"Real" daha əvvəl Mbappe üçün təxminən 200 milyon avroluq transfer təklif etsə də, PSJ bunu geri çevirmişdi.
Səbuhi Həsənov