Xəbər lenti

Mbappe pandanın xaç atası oldu (FOTOLAR)
İdman16:21 20.11.2021

Mbappe pandanın xaç atası oldu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ-nin və Fransa yığmasının ulduzu Kilyan Mbappe bir pandanın xaç atası olub. 
Qaynarinfo xəbər verir ki, bunun üçün Fransadakı zooparkda mərasim keçirilib. Mərasimdə Mbappe ilə yanaşı gənc çinli olimpiya çempionu Zanq Jiaqi də pandanın xaç atası seçilib. Hər iki idmançı 3 aylıq pandaların valideynlik hüququna yiyələniblər.  
Mbappe pandaların xaç atası olmasıyla bağlı açıqlamasında bunları söyləyib:
"Bu gün özümü uşaq kimi hiss edirəm. 100 gün əvvəl doğulan bu iki pandadan birinin xaç atası olduğum üçün şanslıyam, lakin nəsli kəsilməkdə olan heyvanların müdafiəsi layihəsinin bir hissəsi olmaq həm də böyük məsuliyyətdir".
Üç aylıq pandalar 2012-ci ildə Çindən 10 illik kreditlə Fransaya verilib. Pandaların Fransaya gəlişi Paris və Pekin arasında diplomatik münasibətləri yaxşılaşdırmaq səyinin simvolu hesab olunur.
Səbuhi Həsənov