Xəbər lenti

İdman 16:33 18.01.2024

Mbappe psixoloji təzyiqlərdən danışdı: "Bu, mənə lazımdır"

PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe etiraf edib ki, ona edilən psixoloji təzyiq ən yaxşı oyununu göstərməyə kömək edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə GQ nəşri yazıb.

"Artıq nümayiş etdirmişəm ki, təzyiqlər mənə mənfi təsir göstərmir. Hətta deyərdim ki, yaxşı oynamaq üçün bu mənə lazımdır. Bu, sizə ən yüksək səviyyədə oynamaq üçün tələb olunan bacarıq səviyyəsini saxlamağa imkan verir", deyə Mbappe bildirib.

Mbappe 2018-ci ildə "Monako"dan PSJ-yə keçib. Paris klubu ilə müqavilə 2024-cü ilin yayında başa çatır, ona görə də futbolçu artıq "Real Madrid" ilə ilkin müqavilə imzalaya bilər. Mətbuatda yanvarın 8-də forvardın İspaniya klubuna transferi ilə bağlı razılıq əldə olunduğu barədə məlumatlar yayılıb.

Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 25 matçda iştirak edib, burada 26 qol vurub və 3 məhsuldar ötürmə edib. Oktyabrın sonunda Mbappe "Qızıl top" üçün səsvermədə müvafiq olaraq ingilis "Mançester Siti"dən Erlinq Haalada və "İnter Mayami"dən Lionel Messiyə uduzaraq üçüncü olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->