Xəbər lenti

Mbappe PSJ-də debüt etdi
İdman07:46 17.12.2022

Mbappe PSJ-də debüt etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kilian Mbappenin 15 yaşlı qardaşı Ethan PSJ-də debüt edib.
Qaynarinfo xəbər verir ki, PSJ "Paris”lə yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Əsas komandanın baş məşqçisi Kristof Qaltye bu qarşılaşmada 15 yaşlı Mbappeyə də şans verib. 
15 yaşlı futbolçu fasilədə təcrübəli Fabian Ruizi əvəzləyib. Dünya çempionatı səbəbilə Kilian Mbappe, Lionel Messi, Neymar və Markinyossuz oynayan komandada baş məşqçi Serxio Ramos, Marko Veratti, Hüqo Ekitike, Renato Sançes və Serxio Riko kimi futbolçuları meydana buraxıb. 
30 dəqiqəlik iki hissədən ibarət qarşılaşma PSJ-nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 
Böyük qardaşından 9 yaş kiçik olan Etan oyundan sonra İnstaqramda peşəkarlarla birlikdə oynadığı üçün çox həyəcanlı olduğunu yazıb. 
Qardaşı ilə eyni ildə klubda oynayan Mbappe 2021-ci ilin iyununda Liqa 1 çempionu ilə yeni, üçillik müqavilə imzalayıb. Həmin ilin noyabrında Fransanın 16 yaşadək futbolçulardan ibarət komandasında debüt edib. 

Səbuhi Həsənov