Xəbər lenti

Mbappe PSJ-nin əsas heyətinə qayıtdı
İdman10:12 13.08.2023

Mbappe PSJ-nin əsas heyətinə qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ-nin hücumçusu Kilian Mbappe əsas komanda ilə məşqlərə qayıdıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano "Twitter"də məlumat verib.
Romano PSJ-nin sözçüsündən sitat gətirib: "Loryan"la oyundan əvvəl PSJ və Kilian Mbappe arasında çox konstruktiv və müsbət danışıqlardan sonra oyunçu bu səhər əsas komandanın məşq heyətinə bərpa edildi".
Bu arada PSJ-nin Mbappe ilə 2025-ci ilədək müqavilə imzalamat istədiyi bildirilir.
Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq "Real Madrid”lə müqavilə imzaladığını bildirib. Bu səbəbdən Mbappe PSJ-nin əsas komandasının məşqlərindən kənarlaşdırılımışdı.
Futbolçunun hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Aydın