Xəbər lenti

İdman 13:59 17.02.2024

Mbappe "Real Madrid"lə müqavilə imzalayıb (İDDİA)

Fransa millisinin və PASJ klubunun hücumçusu Kilian Mbappe "Real Madrid"lə müqavilə imzalayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Marca"nın jurnalisti Ramon Alvares de Mun sosial şəbəkələrdə yazıb.

"O, "Real Madrid"lə müqavilə imzalayıb. İş bitdi", deyə jurnalist qeyd edib.

Bu arada PSJ-nin baş məşqçisi Luis Enrike bütün tərəflər arasında rəsmi razılıq əldə olunana qədər hücumçu Kilian Mbappenin mümkün gedişi ilə bağlı şərh verməyəcəyini bildirib:

"Sizə verəcək heç bir məlumatım yoxdur. Tərəflər qərar verənə qədər bu barədə açıqlama verməyəcəyəm. Mən məşqçiyəm və işləməyə davam edəcəyik. Komanda hər şeydən üstündür, bizim mesajımız budur.

2022-ci ilin mayında media Mbappenin PSJ ilə yeni müqavilə imzaladığını yazmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq "Real Madrid"lə müqaviləni təsdiqlədiyini bildirib. Lakin səs-küylü transfer indiyədək baş tutmayıb. Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->