"Lans"ın futbolçusu Fakundo Medina PSJ-nin hücumçusu Kilyan Mbappeni hədələyib.
Qaynarinfo-nun məlumatına görə, "Lans" bu həftə PSJ ilə qarşılaşacaq. Medina yerli mətbuata oyunöncəsi açıqlamasında fransalı ulduza qarşı sərt davranacağın bildirib.
Müdafiəçi həm Lionel Messi, həm də Mbappenin onu keçməsinə imkan verməyəcəyini bu sözlərlə ifadə edib: "Messi məni keçərsə onun formasından tutub saxlayacaq, yaxud da qucaqlayacağam. Mbappe məni üstələsə, onu təcili yardım maşınına aparacaqlar".
Daha sonra futbolçu bu sözləri zarafatla söylədiyini bildirib.
Hazırda "Lans" ölkə çempionatında PSJ-dən 6 xal geridədir. Paris təmsilçisinin evdə "Renn"ə və "Lion"a məğlub olması "Lans"ın futbolçularında ümid yaradıb. Onlar PSJ-ni məğlub edəcəkləri təqdirdə aradakı xal fərqi 3-ə enəcək.
Səbuhi Həsənov
Şərhlər