Bakıda məcburi köçkünlər yolu bağlayıb.
Qaynar.info-nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, Həsən Əliyev (Keçmiş İnqilab-17) küçəsində, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə üzbəüz yataqxanada yaşayan məcburi köçkünlər TQDK-nın qarşısından keçən əsas yolu bağlayıblar.
Sakinlərin etiraz etməsinə səbəb "Qaçqınkom"un onları yerləşdikləri yataqxanadan çıxarmaq tələbi olub. Vətəndaşlar bildirilər ki, bir neçə gün öncə sözügedən qurumdan onlara xəbərdarlıq edilib: "Bir neçə gün qabaq gəlib dedilər ki, sizi köçürəcəyik. İndi də ustalar gəlib ki, binanı təmir edirik, çıxın. Bəs biz hara gedək? Bizə ev versinlər, sonra çıxaq".
Əməkdaşımız xəbər verir ki, hazırda əraziyə polis qüvvələri cəlb edilib, sakinlərlə polis arasında qarşıdurma yaşanır.


Qaynar.info