Xəbər lenti

Məcburi köçkünlər deputata qarşı etiraz aksiyası keçirəcəklər
Ölkə09:48 03.04.2014

Məcburi köçkünlər deputata qarşı etiraz aksiyası keçirəcəklər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Deputat  Etibar Hüseynovun  məcburu köçkünləri təhqir etməsi ilə bağlı qalmaqal səngimir. 

Artıq  məcburi köçkünlər deputatın üzr istəməyəcəyi təqdirdə  aprelin 5-də Milli  Məclisin binası qarşısında aksiya keçirəcəklər.

Qaynar.info xəbər verir ki, bu haqda Avropa.info-ya Qubadlı rayonundan olan məcburi köçkün Ağaşirin  Baxşəliyev   məlumat verib. Onun dediyinə görə, məcburi köçkünlər  Etibar Hüseynovun  üzr istəməsini  tələb edirlər. "Etibar  Hüseynov  ya parlamentin sonuncu iclasında, ya da  telekanalların birində xalqdan üzr istəməlidir. Bu baş verməyəcəyi təqdirdə aprelin 5-də Milli Məclisin binası önündə etiraz aksiyası keçirəcəyik". 

Qaynar.info