Xəbər lenti

Məcburi köçkünlərin yaşadıqları evlərin aqibəti necə olacaq? (AÇIQLAMA)
Ekonomiks06:47 18.08.2023

Məcburi köçkünlərin yaşadıqları evlərin aqibəti necə olacaq? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dövlət tərəfindən evlə təmin olunan məcburi köçkün və qaçqınlar var. Onlar işğaldan azad olunan ərazilərə qayıdan zaman hazırda yaşadıqları və dövləton verdiyi mənzilləri təhvil verəcəklər. Lakin belə hallar kütləvi olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov məcburu köçkünlərin mənzil-məişət şəaritinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəri istifadəsində olan evlərin gələcək taleyindən danışarkən deyib. 
Ekspertin sözlərinə görə, 2021-ci ilin dekabırında Prezident tərəfindən bununla bağlı fərman imzalanıb: 
"Bu fərmanda qaçqın və məcburi köçkünlər üçün inşa edilən binaların Bakıda, Abşeronda, Sumqayıtda, Samux və Lənkəranda özəlləşdirilərək satılması nəzərdə tutulub. Əldə olunan vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə keçirilməsi prosesi ilə bağlı da müəyyən tapşırıqlar verilib. Bu isə onu deməyə əsas verir ki, gələcəkdə işğadan azad olunan ərazilərə köçəcək insanların evlərini şəhid, qazi ailələrinə verilməsi prosesi istiqamət olaraq hədəflənib. Amma bir sual var, burada mənzil şəraiti yaxşı olan insanlar mənzillərini digərlərinə təhvil verib, işğaldan azad olunan ərazilərimizə gedəcəklərmi?”. 
Eldəniz Əmirov hesab edir ki, hazırda işğaldan azad olunan ərazilərə köçürülən insanların böyük əksəriyyəti mənzil şəraiti yaxşı olmayan insanlardır.
"Hazırda "Böyük Qayıdış” çərçivəsində yurdlarına dönən insanların təhvil verdikləri evlərin şəhid ailəsinə verilməsi mümkün deyil. Çünki həmin evlər kommunal mənzil şəraiti yaxşı olmayan evlərdir. Amma gələcəkdə insanlar öz evlərini qoyub, gedərlərsə o zaman həmin evlər şəhədi ailəsinə verilə bilər. Düşünürəm ki, tikintisi davam edən evlərin belə kateqoriyaya verilməsi daha səmərəli ola bilər. Onu da nəzərə alaq ki, tikilməkdə olan evlər artıq məcburi köçkünlərə verilməyəcək”, deyə Eldəniz Əmirov vurğulayıb.
Bahar Rüstəmli