Xəbər lenti

Mədəniyyət naziri və müavinləri xalq artistinin dəfninə qatılmadı (FOTO)
Ölkə06:35 19.04.2021

Mədəniyyət naziri və müavinləri xalq artistinin dəfninə qatılmadı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, dünən Xalq artisti, rejissor Eldar Quliyev dəfn olunub. Mərhum sənətkar vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.
Qaynarinfo-nun Unikal.org-a istinadən məlumatına görə, Mədəniyyət naziri Anar Kərimov və müavinləri dəfn mərasimində iştirak etməyiblər. "Şöhrət", "Şərəf","İstiqlal" ordenləri ilə təltif olunmuş sənətkarın dəfnində Mədəniyyət Nazirliyinin rəhbərliyinin iştirak etməməsi sənət adamlarının təəccübünə səbəb olub. 
Qeyd edək ki, E.Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib.