Xəbər lenti

Mədət Quliyev istefa ərizəsi yazıb? - AÇIQLAMA
Ölkə06:50 29.01.2015

Mədət Quliyev istefa ərizəsi yazıb? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyevin istefa ərizəsi yayması ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yayılıb. Qeyd olunub ki, son günlər cəzaçəkmə müəssisəslərində baş verən xoşa gəlməz hadisələrdən sonra M. Quliyev belə bir addım atıb. 
Azvision.az yayılan məlumatları dəqiqləşdirmək məqsədi ilə Penitensiar Xidmətlə əlaqə saxlayıb. Xidmətdən verilən məlumata görə, hazırda Penitensiar Xidmətin rəisi iş başındadır: "Rəis hazırda idarədir və öz işini icra edir. Yayılan məlumatlar həqiqəti əks etdirmir. Mədət müəllim istefa ərizəsi yazmayıb".
Qeyd edək ki, son günlər ölkədə böyük qalmaqala səbəb olan 14 saylı cəzaçəkmə müəssisəsindən 11 məhkum başqa müəssisəyə köçürülüb. Bu barədə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov məlumat vermişdi. Həmçinin mətbuatda yayılan məlumatlarda qeyd olunub ki, gecə saatlarında 14 saylı “zon”a maskalı şəxslər basqın ediblər. İddia edilir ki, həmin müəssisəyə hərbi texnika da yeridilib. 
Xatırladaq ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumlar etiraza qalxmışdılar. Mətbuatda yayılan məlumatlara görə, məhbusları ayağa qaldıran səbəb 31 yaşlı məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi olub.
İddia edilir ki, E.Babayevə qarşı müəssisədə məsul post tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə kobud rəftara yol veriblər.
Qaynar.info