Xəbər lenti

Ölkə 14:41 10.05.2022

MEDİA-nın direktoru hücuma məruz qalan jurnalistlə görüşdü (YENİLƏNİB)

Medianın İnkişafı Agentliyində (MEDİA) İcraçı direktor Əhməd İsmayılovun jurnalist Aytən Məmmədova ilə görüşü keçirilib.

Bu barədə Qaynarinfo-ya Agentlikdən məlumat verilib.

Əhməd İsmayılov jurnalistin hücuma məruz qalması faktının Agentliyin diqqət mərkəzində olduğunu bildirib.

Aytən Məmmədova mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalması ilə bağlı fikirlərini bölüşüb.

İcraçı direktor bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb.

Qeyd olunub ki, hadisə Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir.
 
12.01

Jurnalist Aytən Məmmədovaya bıçaqlı hücum olması ilə bağlı məsələ Medianın İnkişafı Agentliyinin (MEDİA) nəzarətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında MEDİA-nın rəhbəri Əhməd İsmayılov bildirib.

O əlavə edib ki, Aytən Məmmədova ilə əlaqə saxlanılıb və bu gün agentliyə dəvət olunub:
 
"Hadisə ilə bağlı bu gün ətraflı müzakirə aparılacaq. Məsələ barədə Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Jurnalistə hücumla bağlı məsələ onların da diqqətindədir. Hadisəyə hüquqi qiymət verilməsi üçün müvafiq işlər görülür”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->