Xəbər lenti

Medvedev Azərbaycana ürəyinin genişliyini göstərdi
İdman13:55 24.05.2016

Medvedev Azərbaycana ürəyinin genişliyini göstərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, FİFA referisi Orxan Məmmədovun oğlu Neymətin səhhətində problemlər var. Uşağın beyninə su yığıldığı üçün 4 dəfə əməliyyat olunub. Lakin azərbaycanlı həkimlər ümid vermədiyi üçün, uşaq Moskvaya aparılıb.

Dünən Orxan Məmmədov sosial şəbəkədə bunları qeyd edib: "Əziz dostlar, artıq Neymət Moskvada əməliyyata hazırlaşır. Başından suyun analizini sabah götürəcəklər. Əgər analiz müsbət çıxsa, təmiz olsa, əməliyyat olunacaq. Yox, əgər infeksiya olsa, onda sistemlər və iynələr vasitəsilə suyu təmizləməyə çalışacaqlar. Bundan sonra o əməliyyat olunacaq.

Bizə bir çox insanlar kömək etdi. Onlardan biri Azərbaycan millisinin üzvü və "Qarabağ"ın futbolçularındandır. Hansı ki, Neymətin əməliyyatı üçün yardım etdi və Moskvada onun dostları bizə kömək edir. Onlara və sizə təşəkkür edirəm".

Qaynarinfo.az isə artıq maddi köməklik edən həmin futbolçunun kimliyini öyrənə bilib. Bu əvvəllər də xeyirxahçılığı ilə yadda qalan nə Rəşad Sadıqov, nə də Qara Qarayevdir. Ümumiyyətlə, bu futbolçu müsəlman dininə etiqad etmir. Orxan Məmmədova maddi baxımdan köməklik edən Maksim Medvedevdir. Lakin onun təxminən hansı məbləğdə köməklik etdiyini müəyyənləşdirə bilmədik. İstənilən halda, Allah köməyi olsun...

Qeyd edək ki, bunadək Orxan Məmmədovun oğlunun Moskvada əməliyyatı üçün Bank of Baku və Bank Respublikada hesab açılıb. AFFA 5 min manat köməklik edib. Bundan başqa, PFL, "İnter" klubu, "Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli, eləcə də "Xəzər Lənkəran"ın "Kaspian Ultras", "Qarabağ"ın "Qarabağ Ordusu" azarkeş qruplarından maddi köməklik olunub.

Qaynarinfo.az