Xəbər lenti

Məhbus NİDA-çının səhhətində problemlər yaranıb
Ölkə12:35 10.06.2014

Məhbus NİDA-çının səhhətində problemlər yaranıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı İstintaq Təcridxanasında saxlanan “Nida” Vətəndaş Hərəkatı fəalı Orxan Eyyubzadənin səhhətində problemlər yaranıb. 

Orxan Eyyubzadə uşaqlıqdan qıcolmadan əziyyət çəkir. 

"Qafqazinfo" xəbər verir ki, iyunun 9-da “Media forum” saytına danışan vəkil Əsabəli Mustafayev deyib ki, müalicə ala bilmədiyi, dərman qəbul edə bilmədiyi üçün Orxanın səhhətində problemlər ciddiləşib, vəziyyəti yaxşı deyil.

Orxan Eyyubzadə bu il mayın 6-da həbsdə olan bir qrup “Nida” fəalına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulub, 20 sutka həbs cəzası alıb. Cəzasını Bakı polisinin Binəqədidəki məntəqəsində çəkib. Mayın 26-da o, azadlığa çıxmalı idi. Ancaq həmin gün ona xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etmə ittihamı ilə cinayət işi qaldırılıb. İşi Binəqədi Rayon Prokurorluğu aparır.

Mayın 27-də Binəqədi Rayon Məhkəməsi Orxan Eyyubzadə barəsində 1 aylıq həbs qətimkan tədbiri seçib.

Qaynar.info