Xəbər lenti

Məhbusdan “siyasi məhbus”a etiraz - FOTO
Ölkə09:06 08.10.2013

Məhbusdan “siyasi məhbus”a etiraz - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 5 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İlham Fəxrəddin oğlu Ələkbərov cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müraciətdə məhkum İ. Ələkbərov Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 29.06.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində olan əşyalardan istifadə etməklə xuliqanlıq törətmə) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini və hazırda Penitensiar xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirərək, 03.10.2013-cü il tarixdə www.musavat.com saytında dərc olunmuş İnsan Hüquqları Klubunun 142 nəfərlik “siyasi məhbus” siyahısına adının salınmasına qəti etirazını bildirib: “Mən özümü siyasi məhbus saymıram və məqalənin mənə aid olan hissəsindən razı deyiləm. Mənim Azərbaycan Respublikasının dövlətçiliyinə qarşı heç bir narazılığım yoxdur. Dövlətin apardığı siyasəti dəstəkləyirəm”.   

Qaynar.info