Xəbər lenti

Məhəmməd Əmin Rəsulzadənin Bakıdakı barelyefi oğurlandı (FOTO)
Ölkə07:40 15.01.2019

Məhəmməd Əmin Rəsulzadənin Bakıdakı barelyefi oğurlandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb. 
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 15-nə keçən gecə baş verib. 
Qonşular bildiriblər ki, səhər açılanda üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir  uşaq bağçası kimi fəaliyyət göstərir. Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.
Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər.