Xəbər lenti

Məhkəmə “Əli və Nino" kitab evi ilə bağlı qərarını açıqladı
Ölkə18:34 01.08.2019

Məhkəmə “Əli və Nino" kitab evi ilə bağlı qərarını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Apelyasiya Məhkəməsində "Əli və Nino yayım” MMC-nin cərimələnməsi barədə qərardan verilmiş şikayətə baxılıb.
APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
Qərara əsasən, "Əli və Nino yayım” MMC-nin şikayəti təmin edilməyib.
Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi "Əli və Nino yayım” MMC-nin 1500 manat məbləğində cərimələnməsinə qərar verib.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozmaqda təqsirli bilinib.
Qeyd edək ki, "Əli və Nino yayım" MMC kitab satışı məşğuldur.