Xəbər lenti

Məhkəmə Vilyam Hacıyevlə bağlı qərar verdi
Ölkə07:25 04.06.2021

Məhkəmə Vilyam Hacıyevlə bağlı qərar verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Qaynarinfo-nun xəbərinə görə, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən, Vilyam Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Səbail rayon Məhkəməsi tərəfindən V. Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.