Ölkə 22:22 19.08.2023

Məhkəmədən Bəxtiyar Hacıyevlə bağlı növbəti qərar

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

"Qafqazinfo”nun məlumatına görə, B.Hacıyev həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün özü məhkəməyə müraciət edib.

Xətai Rayon Məhkəməsi vəsatəti əsassız sayaraq, təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.