Xəbər lenti

Məhkəmədən Pikeyə cəza
İdman10:41 04.03.2015

Məhkəmədən Pikeyə cəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona"nın futbolçusu Jerar Pike polis əməkdaşını təhqir etdiyi üçün cəzalandırılıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Barselona məhkəməsi 26 yaşlı müdafiəçini 10 min 500 avro məbləğində cərimələyib.
Qeyd edək ki, ötən ilin oktyabrında gecə klubundan çıxan Pikeyə avtomobili qadağan olunmuş yerdə saxladığı üçün polis tərəfindən cərimə yazılıb. O, isə buna etiraz edərək "bu cəriməni sənin atana ödətdirəcəyəm" deyib. İspaniya millisinin üzvü vəkili vasitəsilə məhkəməyə məktub göndərərək günahkar olduğunu etiraf edib.
Qaynar.info