Xəbər lenti

Mehman Allahverdiyev "Kəpəz"ə qayıtdı
İdman11:21 23.06.2022

Mehman Allahverdiyev "Kəpəz"ə qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təcrübəli futbol funksioneri, əməkdar məşqçi Mehman Allahverdiyev yenidən doğma "Kəpəz"ə qayıdıb.
Qaynarinfo xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Ayrı-ayrı vaxtlarda "sarı-göylər"in baş məşqçisi, vitse-prezidenti və icraçı direktoru olan Allahverdiyev klubun idman direktoru vəzifəsinə təyinat alıb. Onunla bir illik müqavilə imzalanıb.
"Kəpəz" müstəqillik dönəmində ən böyük uğurlarını Mehman Allahverdiyevin rəhbərliyi altında qazanıb. Nizami yurdunun təmsilçisi 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub, çempionatın gümüş və bürünc medallarını qazanıb.
Səbuhi Həsənov