Xəbər lenti

Mehman Hüseynov şərti azadlıq üçün məhkəməyə müraciət etdi
Ölkə06:04 15.08.2018

Mehman Hüseynov şərti azadlıq üçün məhkəməyə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həbsdə olan video bloqer Mehman Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Mehmanın vəkili Şəhla Hümbətova "Qafqazinfo"ya açıqlamasında bildirib.
Hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M. Hüseynov avqustun 10-da bu barədə ərizə yazaraq müdafiəçisi vasitəsilə məhkəməyə təqdim edib. O, ərizəsində cəzasının çəkilməmiş hissəsindən azad edilməklə şərti formada azadlığa buraxılmasını istəyib.
Qaradağ rayon Məhkəməsində yaxın günlərdə işə baxılacaq. Hələlik prosesə sədrlik edəcək hakimin kimliyi və məhkəmənin vaxtı bəlli deyil.