Xəbər lenti

Mehman Hüseyov yeni layihəyə başladı
Ölkə10:15 27.06.2014

Mehman Hüseyov yeni layihəyə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fotoreportyor və blogger Mehman Hüseyov yeni layihəyə başlayıb.

Bu barədəQaynar.info saytına gənc bloggerin özü məlumat verib. Layihə "Humans of Azerbaijan" adlanır. Fotoreportyor facebook sosial şəbəkəsində açdığı "Humans of Azerbaijan" səhifəsində Azərbaycanın ən maraqlı insanları haqqında qısa bilgi və foto təqdim edəcək.

Qeyd edək ki, səhifə artıq iki gündür işləyir və bir neçə şəxs haqqında məlumat verilib. Səhifədə hamilə və bir yaşına qədər körpəsi olan qadınlara pulsuz xidmət göstərən taksi sürücüsü, hər yerə samokatla gedən 60 yaşlı Hüseyn Hüseynov və sair insanlar haqqında məlumat verilib. Səhifə açılan ilk gündən insanların böyük marağı ilə qarşılanıb.

Onu da qeyd edək ki, belə layihə dünyanın bir çox ölkəsində var.

Səhifəyə burdan keçə bilərsiniz: https://www.facebook.com/humansofazerbaijan1

Qaynar.info