Xəbər lenti

Mehri dəhlizində Azərbaycan üçün diskomfort və ondan çıxış yolu... (ŞƏRH)
Ekonomiks10:45 12.01.2021

Mehri dəhlizində Azərbaycan üçün diskomfort və ondan çıxış yolu... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva görüşündə əsas məsələ regionda kommunikasiyaların açılması oldu və hər bir tərəfin bu məsələdə öz maraqları var.
Qaynarinfo xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, nəqliyyat əlaqələri regionda əməkdaşlığı formalaşdıracaq: 
"Rusiya uzun illərdir ki, Ermənistana quru yolu ilə bağlı problem yaşayır və bu məsələdə Gürcüstandan tam asılı vəziyyətdədir. Öz hərbi bazalaranın təhcizatı üçün hava yolu çox bahalıdır, sərfəli də deyil, çünki yük həcmi böyükdür, hava yolu ilə daşımaq olmur. İndi Azərbaycan üzərindən Ermənistana dəmir yolu ilə istədiyi yükü göndərib qəbul edə biləcək. Azərbaycanın marağı odur ki, həm Naxçıvanla əlaqələr bərpa olunacaq, deməli, bu məsələdə İrandan asılılıq azalacaq, həm də Türkiyə - Orta Asiya iqtisadi yolunun əsas logistik mərkəzi Azərbaycan olacaq. Bura Avropa və ya Britaniyanın Türkiyə üzərindən Orta Asiya yolunu da əlavə etsək, mənzərə tam olur. İran da dünyaya açılacaq, bu mənada Azərbaycan İrana yatırım və İrana/İrandan yükdaşımalarının qapısı rolunu oynaya biləcək. Siyasi anlamda isə Türk Cümhuriyyətlərinin bağı yaranır. Ermənistanın marağı iqtisadi və logistik blokadadan çıxmaq, Türkiyə ilə də sərhədləri açmaqdır. Ermənistanın da dünyaya açılmasının yolu Türkiyədir, Türkiyə ilə yaxınlaşmanın yolu isə Azərbaycandan keçir - başqa alternativ yoxdur. 
 
Müəyyən təhlükələr də var. Naxçıvan (Mehri) dəhlizinə tam Rusiya nəzarət edəcək, bu müəyyən diskomfort yaradır, amma bunun neytrallaşdırma yolu da var: Rusiya - Ermənistan dəhlizinə də biz nəzarət edəcəyik, bizim üzərimizdən keçəcək. Əgər Kreml o dəhlizin normal işləməsinə mane olacaqsa, əvəzində Rusiya-Ermənistanın dəhlizində manelər görəcək..."
Orxan Əhmədli