Xəbər lenti

Mehriban Əliyeva fransalı nazirlə görüşdü
Ölkə14:15 12.05.2014

Mehriban Əliyeva fransalı nazirlə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri Najat Vallo-Belkasem ilə görüşüb.
 
Görüşdə Azərbaycan ilə Fransa arasında qadın hüquqları, ailə məsələləri, gənclər və idman sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı Azərbaycan və Fransa arasında mümkün əməkdaşlıq layihələri müzakirə olunub. /Trend/