Xəbər lenti

Mehriban Əliyeva İslamiadada medal qazanan idmançıları təbrik edib
İdman18:18 21.08.2022

Mehriban Əliyeva İslamiadada medal qazanan idmançıları təbrik edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada medal qazanan idmançıları təbrik edib.
Qaynarinfo xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır. İdmançılarımızı səmimi-qəlbdən təbrik edirəm! Siz yarışlarda mükəmməl çıxış etdiniz, möhkəm iradə və məharət nümayiş etdirərək inamlı qələbə qazandınız! Gərgin əməyinizə, Azərbaycan azarkeşlərinə bəxş etdiyiniz sevincə görə çox sağ olun! Sizə möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!".