Ölkə 09:29 31.12.2022

Mehriban Əliyeva Yeni il və Həmrəylik Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Yeni il və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı paylaşım edib.

Qaynarinfo xəbər verir ki, birinci xanım "Instagram"da qeyd edib:

"Yeni il hər bir ailəyə cansağlığı, sevgi, sevinc və xoşbəxtlik gətirsin! Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!”