Xəbər lenti

Mehriban Əliyevadan Tokioda uğur qazanan idmançılarımıza təbrik
İdman13:20 04.09.2021

Mehriban Əliyevadan Tokioda uğur qazanan idmançılarımıza təbrik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Tokio-2020” Yay Paralimpiya Oyunlarında Paralimpiya Oyunlarında növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib.
Qaynarinfo-nun xəbərinə görə, Birinci vitse-prezidentin instaqram hesabında bununla bağlı etdiyi paylaşımda deyilir:
"Azərbaycan "Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirakını başa çatdırdı! Növbəti qızıl medalları Orxan Aslanov və Paralimpiyada rekordunu təzələmiş Lamiyə Vəliyeva qazandılar! Bütün qalibləri səmimi-qəlbdən təbrik edirəm! İdmançılarımıza təşəkkür edirəm! Siz Azərbaycanı layiqincə təmsil etdiniz! Yüksək bacarıq, qətiyyət, məqsədyönlülük nümayiş etdirərək, siz bütün azarkeşlərinizin ümidlərini doğrultdunuz! Bizim 14 qızıl, 1 gümüş və 4 bürünc medalımız var! Buna görə çox sağ olun! Hər birinizə möhkəm cansağlığı, sevinc, səadət, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.