Xəbər lenti

Məhvetmə, yoxsa Avropa dəyərləri?!
Ölkə13:58 17.05.2013

Məhvetmə, yoxsa Avropa dəyərləri?!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ülkər Abdullayeva

Dünyadakı bəzixalqların xilas imkanları çox azdır. Onlar okeanın ortasındakıadacıqlarda taleyin ümidinə tərk edilmiş kimsəsiz və köməksiz insanabənzəyirlər. Bəlkə nə zamansa gəmilərdən birinin yolu buralardan keçdi.Bəlkə okeandan qopub gələn nəhəng dalğalar, okeanın dibində baş verənyeraltı təkanlar lütf edib o adacığı suların altına gömmədi.

RobertZemekisin "İzqoy"undakı Çak Nolandın başına gələnlər adətən Hollivudfilmlərində olur. Real həyatda belə möcüzələrə milyonda bir rastgələrsən. Azərbaycan da o ölkələrdəndir ki, onun xilası çox ağırmərhələlərdən keçməlidir. Bizdə kimlərsə Sizifin rolundadırlar, kimlərsədə daşın. Üç-beş ziyalı bu ölkəni dərənin dibindən yumalayıb dağınbaşına qaldırmağa cəhd eləyir. Amma ölkə Sizifin qaldırdığı daş kimizirvəyə çatanda yumalanıb əvvəlki yerinə qayıdır.

Zəmanəbelə gətirib ki, biz 100-150 il əvvəl maarifçilərimizin insandəyərləri, təhsil, din, dünyagörüşü haqqında dediklərini yenidən təkraretməli olmuşuq. Bu gün bizdə "Dinə zərərdir, zərər, oxutmuram, əlçəkin!" fəlsəfəsi yayğınlaşmağa başlayıb. Avropa dəyərlərinin təbliği "pozğunçuluğun təbliği" kimi yozulur.  "Qadın azadlığı" sözü"fahişəliyin çiçəklənməsi" kimi başa düşülür. Hamının bir silahı var:"Milli-mənəvi dəyərlərin qorunması". 

Hamıdüşünür ki, ölkədə sürətlə əxlaqi aşınma baş verir. Bəziləri bunu Avropadəyərlərinin təbliğinə bağlamağa cəhd edir. Bəziləri seksual azlıqlarınTv-lərdə tüğyan etməsini, "meyxana", "toyxana", "Səni axtarıram"əxlaqının (bu veriliş xaricdəki analoqlarından onunla fərqlənir ki,Xoşqədəm Hidayətqızı enerjisinin çox hissəsini azərbaycanlı kişilərin nəvaxtsa Rusiyada kef çəkdiyi qadınlardan qanunsuz doğulan uşaqlarınınindi Azərbaycanda yaşayan atalarını, qardaş-bacılarını axtarmalarınasərf edir. Verilişin Rusiyadakı analoqu olan "Jdi menya" proqramında isəəksəriyyət dostunu, sevgilisini, əsgər yoldaşını, keçmiş iş yoldaşını,tələbə yoldaşını və s. axtarır) efirlərdən xalqa sırınmasını onunlaəsaslandırır ki, hakimiyyətdə bunu şüurlu və planlı şəkildə istəyənlərvar. Çünki bir milləti qula, köləyə çevirmək üçün ən yaxşı yol onunmənəviyyatsızlaşdırılması, yaxud da, səviyyəsizləşdirilməsi vəzövqsüzləşdirilməsidir. Yəni reallıq ondan ibarətdir ki, insana nə qədəraşağı keyfiyyətli yemək yedizdirsən, onun yemək zövqü bir o qədərpisləşəcək və o, günlərin birində səmimi olaraq düşünəcək ki, elə ənyaxşı yemək məhz onun yediyi yeməkdir.

Yaltaqlıq,yalana tərəf çıxmaq, Aygün Kazımovaya xalq artisti adını vermək, qızaoxşayan oğlanları televiziyaların brendinə çevirmək və s. xalqayedizdirilən pis yeməkdir, dəyərsizləşdirmə siyasətinin bir hissəsidir.Qəribədir ki, sadalananların əksəriyyəti xalqa "Avropa dəyərləri" adıilə sırınır. Beləcə Avropanın insani dəyərləri gözdən salınır. Bizimölkəyə sanki Allen Dallesin SSRİ-yə qarşı "Məhvetmə" planına bənzər birplan tətbiq olunur. Dallesin bu nəzəri planı nədən ibarət idi? Tanışolmayanlar buyurub tanış ola bilərlər:

"Müharibəqurtaracaq, hər şey düzələcək və yerini tutacaq. Və biz əlimizdə olanhər şeyi: bütün qızılları, bütün maddi gücümüzü insanlarınaxmaqlaşdırılması və səfeh yerinə qoyulmasına yönəldəcəyik!

İnsanbeyni, insanların şüuru dəyişməyə qadirdir. Orada xaos yaradaraq, bizxəlvətcə onların dəyərlərini saxtalarıyla dəyişəcəyik və onları bu saxtadəyərlərə inanmağa məcbur edəcəyik. Necə? Biz Rusiyanın özündə özhəmfikirlərimizi, müttəfiqlərimizi tapacağıq.
Dünyanın ənboyunəyməz xalqının məhvinin öz miqyasına görə nəhəng olan faciəsi, onunşüurunun birdəfəlik qəti sönməsi epizod epizodun ardınca oynanılacaq.

Məsələn,incəsənət və ədəbiyyatdan biz tədricən onun sosial mahiyyətiniçıxaracağıq; rəssam və yazıçıları dəyişəcəyik - onlarda xalqkütlələrində əslində baş verən prosesləri öyrənmək və təsvir etməkhəvəsini öldürəcəyik. Ədəbiyyat, teatrlar, kino - hamısı ən alçaq insanihissləri təsvir edəcək və mədh edəcək.

Bizinsanların şüuruna seks, zorakılıq, sadizm, satqınlıq kultunu, bir sözləhər gür ƏXLAQSIZLIĞI yeridən və yayan rəssamları dəstəkləyəcək və irəliçəkəcəyik. Dövlət idarəetməsində biz xaos və hərc-mərclik yaradacağıq.

Bizxəlvətcə, lakin fəal surətdə və daima məmur özbaşınalığı,rüşvətxorluğun və prinsipsizliyin çiçəklənməsinə imkan yaradacağıq.Bürokratizm və süründürməçiliyi məziyyət saydıracağıq. Düzgünlük vəvicdanlılıq ələ salınacaq və heç kimə lazım olmayaraq keçmişin qalığınaçevriləcəklər. Kobudluq və qudurğanlıq, yalan və böhtan, əyyaşlıq vənarkomaniya, bir-birindən heyvani qorxu və utanmazlıq, satqınlıq,millətçilik və xalqlar dostluğunu - ilk növbədə rus xalqına qarşıdüşmənçilik və nifrəti biz məharətlə və gizli surətdə yayacağıq,bunların hamısı sarmaşıq kimi yayılacaq.

Vəyalnız çox az adam nə baş verdiyi haqda düşünəcək və hətta başadüşəcəklər. Lakin belə insanları biz köməksiz vəziyyətə qoyacağıq, gülüşobyektinə çevirəcəyik, onları şərləməyin və cəmiyyətin tör-töküntüsüadlandarmağın yolunu tapacağıq. Mənəvi kökləri çıxaracağıq, xalqəxlaqının əsaslarını təhrif edərək məhv edəcəyik.

Bizbu yolla nəsli nəslin ardınca sarsıdacağıq. İnsanların üzərində uşaq,yeniyetmə yaşlarından işləyəcəyik, əsas stavkanı isə həmişə GƏNCLƏRƏedəcəyik – onları pozacağıq, yoldan çıxaracağıq və mənəviyyatcakorlayacağıq. Biz onlardan həyasız, heyvərə və kosmopolitlərdüzəldəcəyik. Biz bunu bax belə edəcəyik!"

Buxüsusi məhvetmə planıdır - ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiqrəhbərlərindən biri, "soyuq müharibə"nin ideoloqu Allen DallesinAmerikanın qatı düşməni SSRi-ni məhv etmək üçün düşündüyü zərərli plan.Burada bizim istinad etməyə çalışdığımız Avropa dəyərlərindən hər hansıəsər-əlamət varmı?!

Əslində nədir Avropa dəyərləri?

Demokratiya,insan hüquq və azadlıqlarına sayğı, azad düşüncə, fikrin azad ifadəolunması, yaradıcılığın hüdudsuzluğu, mülkiyyətin toxunulmazlığı vəmüqəddəsliyi, sərvətlərin ədalətli bölüşdürülməsi, hamıya bərabərimkanların yaradılması, hamının qanunlar qarşısında bərabər olması,tolerantlıq, başqa irqdən, dindən, millətdən, siyasi baxışlardan olanadamların vahid cəmiyyətdə, vahid qanunlar altında ayrı-seçkiliyəuğramadan yaşaması, azad, ədalətli və şəffaf seçkilər. Avropanın buliberal dəyərləri insana hər şeydən artıq qiymət verir və insan hərşeyin fövqündə dayanır. Avropada öncə insandır, sonra insana xidmət edəndövlət, insana sayğının olduğu cəmiyyət. Hər şey insan üçün, hər şeyinsanın rifahı və firəvanlığı üçün. Avropalıların babaları əsrlər öncəhər cür dini fanatizmdən, zorakı üsullardan, maddi sıxıntılardanqurtarmağın, inkişaf etməyin yolunu tapdılar. Onlar bu gün dünyada ənüstün dəyərlər sayılan bugünkü Avropa  dəyərlər sistemini yaratdılar.Onlar bəyan etdilər ki, bu dəyərləri qəbul edən hər kəs hansıkontinentdə yaşamasından asılı olmayaraq avropalı hesab olunmalıdır.Avropa bu gün coğrafi məfhumdan çox bir dəyərlər sistemi kimi qəbulolunmağa başlayıb. Biz Avropaya inteqrasiyadan danışanda qitəninsərhədlərinin genişləndirilməsindən deyil, o qitədəki dəyərlərinsərhədlərinin genişlənməsindən danışırıq.

Əlbəttə, ideal cəmiyyətyoxdur. Avropa cəmiyyətinin də çatışmayan tərəfləri var. Amma fakt odurki, bu gün dünyada daha sivil, insanın özünü daha rahat və təhlükəsizhiss edəcəyi başqa bir dəyərlər sistemi mövcud deyil. Ruhu, düşüncəsi,yaradıcılığı azad olmayınca, qanunlar zənciri ilə mühafizə olunmayınca,maddi ehtiyacları ödənməyincə, zövq alına biləcək şeylərə yönəlikqadağanlar və qınaqlar aradan qalxmayınca, arzu etdiyi kimi idarəolunmayınca, insanın daha yaxşı cəmiyyət uğrunda axtarışları vəmübarizəsi davam edəcək. Xilas heç də bu gün çoxlarının baş vurduğukimi, dini ayinlərin icrasında, bu dünyadan əlini üzüb o dünyada vədolunan nemətlərə qovuşma arzusunda deyil. Xilas daha yaxşı cəmiyyətuğrunda məqsədyönlü mübarizə aparmaqdadır. Xilas müasir dünyanın tələbetdiyi biliklərə yiyələnməkdə, yeniliklərə açıq olmaqda, modernləşmədə,insanların rifahı naminə davamlı islahatlar aparmaq əzmindədir.Qadağanlar, həbslər, problemləri ört-basdır etmələr, şəxsi maraqlarıümumun maraqlarının fövqünə gətirmələr bizi yaxşı yerlərə aparıbçıxarmayacaq. Qonşuluqda cəhalət, üfunət, kasıblıq üst-üstə qalanmaqdadavam edirsə, sən əldə etdiyin milyonlar səltənətində ürəyin istədiyinkimi yaşaya bilməzsən. Vicdan hissin olmasa belə, qonşuluqdakı aclarınüsyan qorxusu, ətrafdan yayılan üfunət iyi səni rahat buraxmaz...


ffi.az