Meskika çempionatında baş tutan "Queretaro" - "Atlas" matçında yaşanan hadisələrlə bağlı qərarlar çıxarılıb.
Qaynarinfo xəbər verir ki, Quartero polisinin açıqlamasında martın 5-də keçirilən matçda baş verən hadisələrə görə 10 nəfərin həbs edildiyi bildirilib. Tərəfdarlar arasında baş verən davada yaralanan 26 nəfərdən üçünün vəziyyətinin ağır olduğu bildirilib.
ESPN-də yayımlanan xəbərdə yaxın günlərdə həbs olunanların sayının 25-ə yüksələ biləcəyi qeyd edilib. Həmçinin Meksika Futbol Federasiyasının prezidenti Mikel Arriolanın klub sahibləri ilə görüşəcəyi və qəbul olunacaq yeni qaydaları müzakirə edəcəyi də bildirilib.
Meksika Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən meydan sahibi "Queretaro"ya tətbiq edilən cəzalar da açıqlanıb. Hadisələrlə əlaqədar olaraq, klub 2023-cü ilə qədər ev oyunlarını azarkeşsiz keçirəcək. Bununla yanaşı "Atlas"la qarşılaşmada baş verənlərə görə "Queretaro"ya texniki məğlubiyyət verilib. Klubun 70 min dollar cərimə olunduğu da vurğulanıb.
Səbuhi Həsənov