Xəbər lenti

Meksika səfiri “OBA” marketlərin qonağı oldu (FOTOLAR)
Ekonomiks07:48 11.10.2021

Meksika səfiri “OBA” marketlərin qonağı oldu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
7 oktyabrda "OBA” marketlər şəbəkəsinin  İdarə Heyətinin sədri Vüsal Şərifov  Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüş keçirib. Görüşdə, həmçinin Kommersiya direktoru Zaur Qarayev də iştirak edib. Görüşdə Meksika və Azərbaycan arasında sahibkarlıq və ticari məhsulların birgə inkişaf etdirilməsi müzakirə olunub.
Qaynarinfo xəbər verir ki, səfir R.Labardini şirkətlə keçirilmiş görüşdə  Meksika istehsalçılarının yerli bazara marağı haqqında məlumat verdikdən sonra "OBA” marketlərində satılan meksika məhsullarına baxış keçirib. 
1000-dən çox marketə sahib olaraq ən böyük marketlər şəbəkəsi olan "OBA” marketlər şəbəkəsinin son illər inkişafını yüksək qiymətləndirən cənab səfir  onun digər yerli marketlərdən ciddi fərqləndiyini, fərqli məhsullarla müştərilərinə xidmət etdiyini bildirdi. Həmçinin, "OBA” nın hazırki müasir görünüşünü və qonşu konseptini çox uğurlu olduğunu diqqətə çatdırdı. Cənab Səfir marketlərdə Meksika məhsullarının sərgilənməsinin iki ölkənin sahibkarları arasında qarşılıqlı biznes inkişafına  təkan verəcəyini bir daha vurğuladı.
"Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan "OBA Market” MMC ölkə üzrə 1000-dən çox mağazası və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!